Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən, daha sonra Türkiyədə olduğu müəyyənləşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızından xəbər var.
Bu barədə onun bacısı məlumat yayıb.
Onun sözlərinə görə, ötən gün axşam saatlarında bacısı onlara telefonla zəng edərək danışıb və ailəsini tərk etməsinin səbəblərini açıqlayıb.
Məlum olub ki, C.Əliyeva Türkiyədə yaşayan rəfiqəsinin vasitəsilə işləmək üçün bu ölkəyə gedib:
“Məsələnin dəqiqliyini müəyyənləşdirmək üçün qohum və tanışlar onun olduğu yeri gedib görüblər. Yəni, keçirdiyimiz narahatlıq əsassız imiş”.
Qeyd edək ki, aprelin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumatlar yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən qadının itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib. (report)