Azərbaycanda kafe və restoranlar 2 həftəlik BAĞLANMALIDIR – AÇIQLAMAbackend
Gündəm
307

Azərbaycanda kafe və restoranlar 2 həftəlik BAĞLANMALIDIR – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gündəlik yoluxanların və ölənlərin sayındakı artma dinamikası davam edir. Belə ki, koronavirus infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 29 nəfər isə COVID-19-dan vəfat edib. Yoluxma sayının artmasının yenidən bəzi müəssislələrin bağlanmasına səbəb olacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta 2 həftəlik kafe və restoranların bağlanması ilə bağlı fikirlər səsləndirənlər də var. Azərbaycanda kafe və restoranlar 2 həftəlik bağlanılır?

APress.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, qapadılmanın olması labüddür:

“Çünki yoluxanların və ölənlərin sayı çoxdur. Xəstəxanalarda yer yoxdur. Qapadılma ilə bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətidir. Dünən 29 nəfər koronavirusdan ölüb. ABŞ-da yaşayan əhali sayını əmsal olaraq götürüb Azərbaycanla müqayisə etsək görərik ki, bizdə ölüm sayı daha çoxdur. Ona görə də düşünürəm ki, qapadılmalara gedilməsi labüddür. İlk olaraq evdə yas mərasimləri keçirilməsi qadağan qoyulmalıdır. Təəssüf ki, evində gizlin yas mərasimləri keçirənlər hələ də var. Eləcə də gizlin toy keçirənlərin qarşısı alınmalıdır. Avtobuslardakı sıxlığın qarşısı alınmalıdır, xəttə əlavə avtobuslar buraxılmalıdır. Karantin qaydalarına əməl etməyən müəssisələr bağlanmalıdır. Bu işdə hər birimiz məsuliyyətli olub, yoluxma və ölüm saylarının artmasına icazə verməməliyik. Əks təqdirdə yoluxmaların və ölənlərin sayındakı artım dinamikası davam edərsə, nəinki kafe və restoranlar, digər müəssiələr də qapadıla bilər”.