Azərbaycanda karantin rejimi yumşaldıla bilərmi? – RƏSMİ AÇIQLAMAbackend
Cəmiyyət
302

Azərbaycanda karantin rejimi yumşaldıla bilərmi? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda həyata keçirilən vaksinasiya prosesinin təsiri məhdudiyyətlərin sadəcə ictimai nəqliyyatlarla kifayətlənməsində, artan rəqəmlərin isə bir aydan çoxdur stabilləşməsində görünür. Hələlik vaksin olunanlarla bağlı 4 aylıq müddətdə 14 faizlik nəticə əldə olunub. Bu hədəfin yayın sonuna kimi 80 faizə çatdırılacağı gözlənilir.

APress.az xəbər verir ki, hazırda ölkədə aktiv xəstələrin sayı 29 007 nəfər təşkil edir.
Yoluxanlarla bağlı artan zəncirin nisbətən qırılması, paralel vaksinasiya prosesinin də davam etməsi ölkədə növbəti yumşaldılmaların ediləcəyini gündəmə gətirib. Məsələ ilə bağlı ARB24-də yayımlanan “Nə Baş Verir?” verlişində qonaq olan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva bildirib ki, hələlik ölkədə yumşaldılma tədbirlərinin həyata keçirilməsi tezdir:
“Yaxşı haldır ki, 15-20 gün ərzində yoluxma sayına görə 2 min və onun üzərinə çatsaq da, daha yüsək rəqəmlər görmədik. Biz hələ yoluxma sayında kifayət qədər azalma görməmişik. Bu barədə rəsmi qurumlar qərar qəbul edəcək. Fikrimcə, bu haqda danışmaq çox tezdir”.