Lerik rayonunda qətl törədən şəxs tutulub.
Kənd bələdiyyəsindən “Report”a verilən məlumata görə, hadisə aprelin 28-də axşam saatlarında rayonun Barzavu kəndində qeydə alınıb.
Belə ki, həmin kənddə yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyiti tapılıb.
Rayon hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni Z.Fərziyevanın qonşusu Murad Əsgərovun törətdiyi məlum olub.
Məlumata görə, kəndin din xadimi (molla) M.Əsgərov Z.Fərziyevanın evdə tək olduğunu bilərək mənzilə daxil olub. Daha sonra o, qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əsgərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu qətlə yetirib.
M.Əsgərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, 3 uşaq anası olan Z.Fərziyevanın həyat yoldaşı Rusiyaya işləməyə gedib.