“Həmişə işdən evə qayıdan məndən pul istəyirdi. Axırıncı dəfə də işdən evə qayıdanda mənə dedi ki, evə gəlməyim”.
APress.az Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri ARB telekanalında yayımlanan “Elgizlə İzlə” verlişində qonaq olan Seyran adlı xanım bildirib.
Onun sözlərinə görə, keçmiş həyat yoldaşı onu 10 manata görə evə buraxmayıb: “Məndən pul alıb pis vərdişlərə xərcləyirdi. Hazırda Şəkidə yerləşən ata evimdə qalıram”.