“Bu həyat tərzilə bağlı məsələdir”.
Bu sözləri APress.az-a açıqlamasında TƏBİB yetkilisi Yaqut Qarayevanın Azərbaycanda koronavirusa yoluxanlar arasında qadınların daha çox olması barədə açıqlamasına münasibət bildirərkən tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə deyib.
O, həqiqətən də, COVİD-19-a yoluxanlar arasında qadınların üstünlük təşkil etdiyini təsdiqləyib: “Son bir ayda yoluxanlar arasında xanımların sayı çoxdur. Sorğu aparanda bəlli olur ki, həmin xanımların əksəriyyəti xeyir-şər məclislərində yoluxanlardır. Görünən odur ki, kişilərdən fərqli olaraq, qadınlar bu kimi tədbirlərə daha çox gedir.
Həmçinin, kişilərlə müqayisədə xanımlar daha çox gözəllik salonlarına üz tutur. Hansı ki, bu xidmət sahələri də qapalı məkan olmaqla, yoluxmaya daha çox meylli məkanlardır. Ona görə də yoluxanlar arasında daha çoxdurlar”.