Azərbaycanda koronavirusa yoluxma AZALDI – 16 nəfər öldübackend
Gündəm
425

Azərbaycanda koronavirusa yoluxma AZALDI – 16 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib. 18 707 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, bu günə qədər isə ümumilikdə 4 178 108 test icra olunub.