Azərbaycanda maşının qarşısına çıxan it faciəyə səbəb oldu – ÖLƏN VARbackend
Cəmiyyət
242

Azərbaycanda maşının qarşısına çıxan it faciəyə səbəb oldu – ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyəzəndə 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Siyəzən-Beşdam yolunda qeydə alınıb.

Belə ki, Ramazanov Kamil Ağaqulu oğlu idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən qarşısına anidən it çıxıb. Bu zaman o, idarəetməni itirib və maşın aşıb. Nəticədə sərnişin, 1996-cı il təvəllüdlü Əhmədov Nicat Əhməd oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.(Report)