Azərbaycanda məhkəmə sədri vəfat etdibackend
Cəmiyyət
323

Azərbaycanda məhkəmə sədri vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda məhkəmə sədri vəfat edib.
Sfera.az-ın xəbər verir ki, Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.
O, Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.
Qeyd edək ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında işləyib. M.Nuriyev 2020-ci ildən Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı./Report