Azərbaycanda məktəblər yenidən bağlanacaq? – Təhsil eksperti danışdıbackend
Təhsil
274

Azərbaycanda məktəblər yenidən bağlanacaq? – Təhsil eksperti danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ölkədə koronavirusa yoluxma hallarının artması məktəblərdə də özünü biruzə verir. Elə bu səbəbdən, müəllim və şagirdlər arasında yoluxma halları qeydə alınan məktəblər distant təhsilə keçid edir.
Bəs, belə hallarda davam edərsə, ölkədə yenidən tam olaraq distant təhsilə keçid edilə bilərmi?
Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, ciddi təşvişə ehtiyac yoxdur: “Koronavirusa görə məktəblərin bağlanması kütləvi deyil. Bildiyimiz kimi ölkədə 5 minə yaxın məktəb var. Hal-hazırda 3-5 məktəbin bağlanması ümumi tədrisin dayandırılmasına təsir edəcək hal deyil. Bir nüansı da diqqətə çatdırım ki, bu məktəblərin bağlanması nəticəsində tədris dayanmır, distant şəkildə davam edir. Lazımi tədbirlər aparıldıqdan sonra həmin məktəblərdə yenidən əyani dərslər bərpa olunur”.
 
Təhsil işçilərinin peyvənd olunmasından da danışan Elşən Qafarov könüllü şəkildə aparılan vaksinasiya prosesinə bütün müəllimlərin qoşulmalarının vacibliyini qeyd edib: “Hazırda vaksinasiya prosesinə dünyada geniş yayılmış bir tendensiyadır. Peyvənd virusdan tam şəkildə azad etməsə də, müəyyən müddət ərzində qoruyucu bir vasitədir. Müəllimlər də cəmiyyətlə daha çox ünsiyyətdə olduğu üçün onların vaksinasiya prosesinə cəlb edilməsi doğru addımdır. Baxmayaraq ki, bu proses könüllüdür, müəllimlər özləri vətəndaşlıq mövqeyi göstərərək bu məsələyə ciddi yanaşmalıdırlar. Belə olduğu halda əyani təhsil prosesi də təhlükəsizlik şəkildə davam edər”.