Cəlilabadda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəlilabad-Buravar yolunun Abşabad kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Təklə kənd sakini Mahmudov Elvin Telman oğlu idarə etdiyi ” VAZ 21 07″ markalı 90 EY 632 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən azyaşlı Nəzərov Nihad Ramil oğlunu vurub.
Qeyd edək ki, sürücü Elvin Telman oğlu muğənnidir. O saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır. (qafqazinfo.az)