ATV kanalında yayımlanan “Bizimləsən” verilişində gərgin anlar yaşanıb.
APress.az xəbər verir ki, verilişə müraciət edən ana qızının evdən qaçdığını bildirib:
“Qızım martın 28-i səhər saatlarında evi tərk edib. Bacısı gəldi ki, Tükəz otaqda yoxdur. Nə qədər axtarsaq da biz onu tapmadıq. Nəvəmə deyib ki, rəfiqəmgilə gedəcəm. Məktub yazıb qoyub ancaq onu nə vaxt yazdığını bilmirik. Onu 2 gün sonra tapdıq. Məktubda yazıb ki, rəfiqəmgilə gedirəm. Mən sizi çox istəyirəm. Geri qayıdacam. Telefonu qırılmışdı. Gedəndən sonra isə heç bir əlaqəmiz olmayıb. Tükəzin “həri”sini vermişdik. 2 ay sonra Rusiyaya gəlin köçəcəkdi”.
Bir neçə gün sonra məlum olub ki, evi tərk edən qız başqa bir oğlana qoşularaq Ağdaşa qaçıb.
Unikal.org