“Dinamika yaxşılaşdıqca, yoluxmaların sayı aşağı düşdükcə və açıq havada təmasların riski aşağı düşdüyünə görə növbəti yumşaldılmaların şahidi ola bilərik”.
APress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat əlavə edib ki, ümumi yoluxub sağalan insanların və vaksinasiya olunanların sayını nəzərə alsaq, 20-25 faiz həcmində immuniteti olmayan şəxslərin olması müşahidə edilir.