Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Məmmədov Nabir Vəli oğlu vəfat edib.
Bu barədə Bakı Dövlət Universitetinin “Facebook” səhifəsində paylaşım edilib.
Bildirilib ki, Nabir Məmmədov 57 yaşında vəfat edib.
Qeyd edək ki, o, 1981-ci ildə BDU-nun Kimya fakültəsinə daxil olub. 1988-ci ildən BDU-da kimya fakültəsində Qeyri-üzvi kimya kafedrasında baş laborant işləyib. 1992-1995-ci illərdə həmin kafedranın aspirantı olub. 1995-ci illdən Kimyanın tədrisi metodikası kafedrasında laboratoriya müdiri işləyib. 2003-cü ildən həmin kafedrada müəllim vəzifəsində çalışıb.