Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan APress.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 100 kiloqram olan 760 ədəd çətənə kolu yandırılaraq məhv edilib.