Samuxda evlənmək məqsədi ilə qaçırılan qız tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan APress.az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin (RPİ) birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan G.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.