Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü – VİDEObackend
Cəmiyyət
392

Azərbaycanda qayınana hamilə gəlinini vəhşicəsinə döydü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qayınananın gəlinini vəhşicəsinə döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Sfera.az xəbər verir ki, hadisənin Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində baş verdiyi bildirilir.
Məlumata görə, gəlin hər gün qayınana tərəfindən şiddətə məruz qalır. Onun ana və atasının olmadığı, həmçinin hamilə olduğu qeyd edilir.
Lənkəran rayon Yuxarı Nüvədi kəndində yaşayan 1946-cı il təvəllüdlü Qurbanova Girdənazın 1990-cı il təvəllüdlü gəlinini döyməsi ilə bağlı araşdırma başladılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.az-a bildirilib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar. Fakt üzrə Lənkəran Rayon Polis şöbəsində təhqiqat araşdırmaları aparılır.
Kənd icra nümayəndəsi Raifə Məmmədzadə “Qafqazinfo”ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır: “Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.
R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb: “Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.