Azərbaycanda qiymət artımının səbəbi AÇIQLANDIbackend
Gündəm
303

Azərbaycanda qiymət artımının səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanda bir çox sahədə qiymət artımı müşahidə olunur. Alıcılar ərzaq bazarında qiymətlərin əvvəlki günlərlə müqayisədə yüksək olduğunu iddia edirlər. Ekspertlər də qiymətlərdə artım olduğunu təsdiqləyir.

Bəs qiymət artımına səbəb nədir?

Məsələylə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib ki, qiymətlərdə artımın olması bayram günlərinin yaxınlaşması ilə əlaqədardır: “Azərbaycanda bayram günlərində və bayramdan əvvəl qiymətlərdə süni şəkildə artımın olması müşahidə olunur. Bu, xüsusən, daha çox tələbat olan ərzaq məhsullarında özünü büruzə verir. Aydındır ki, yaxınlaşmaqda olan Novruz bayramı Azərbaycanın milli bayramlarından biridir və hər bir ailə bu bayramı təmtəraqla qeyd etmək istəyir. Bu baxımdan bəzi sahibkarlar bayramda daha çox lazım olan məhsulların qiymətlərini qaldırırlar”.

Qiymət artımlarının qarşısını almağın yollarından da danışan deputat istehlak bazarında monitorinqlərin gücləndirilməsinin vacibliyini qeyd edib: “Məqsədəuyğundur ki, bütövlükdə istehlak bazarında monitorinqlər və süni qiymət artımına qarşı mübarizə gücləndirilsin. Çünki, Azərbaycan qanunvericiliyi süni qiymət artımına qarşı mübarizəyə imkan verir. Xüsusən, süni şəkildə qiymət artırılarsa, bu halda dövlət qurumları tərəfindən həmin qiymətlərin optimallaşdırılması mümkündür”.

Vüqar Bayramovun sözlərinə görə, bayram günlərində yarmarkaların keçirilməsi əhalinin xüsusi tələb olunan məhsullara əlçatanlığını təmin edə bilər:

“Novruz bayramında daha çox tələb olunan malların satışı ilə bağlı ixtisaslaşmış yarmarkaların keçirilməsi məqsədəuyğundur. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən belə yarmarkaların keçirilməsi və həmin məhsulların daha ucuz qiymətə təklif edilməsi mümkündür. Nəzərə alsaq ki, pandemiya dövründə fermerlərin ixrac imkanları əvvəlki illərlə müqayisədə azalıb. Həmin məhsulların yarmarkalar vasitəsilə münasibət qiymətə satışa çıxarılması süni qiymət artımının qarşısını ala bilər”.