Azərbaycanda qorxulu statistika: Cinayət edənlərin çoxu işsizlər olubbackend
Gündəm
371

Azərbaycanda qorxulu statistika: Cinayət edənlərin çoxu işsizlər olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

APress.az bakupost.az-a istinadla xəbər verir ki, 2020-ci ildə Azərbaycanda 17 482 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 10 474 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 844-ü məşğulluğuna görə fəhlə, 487-si qulluqçu, 145-i kənd təsərrüfatı işçiləri, 81-i təhsil alanlardır.

Cinayətkarların qalan 5 451-i digər sahələr üzrə işləyib. Müәyyәn edilmiş cinayәt törәdənlərin 11 733-ü 30 və daha yuxarı yaşda olub.

Ümumilikdə, ölkədə həm müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin sayı çoxalıb.

Bununla yanaşı, yaşı 30-dan çox olanlar arasında da qeydə alınan cinayətlərin sayı artıb. 2018-ci ildə müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin 10 863-nün, 2020-ci ildə 11 733-nün yaşı 30 və daha yuxarı olub.