Azərbaycanda sabiq deputat vəfat etdibackend
Gündəm
672

Azərbaycanda sabiq deputat vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

APress.az xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.

1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

Allah rəhmət eləsin!