Azərbaycanda şok əməliyyat – Qadının üzərindən külli miqdarda narkotik çıxdıbackend
Cəmiyyət
48

Azərbaycanda şok əməliyyat – Qadının üzərindən külli miqdarda narkotik çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan APress.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Zərdab RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini Gülsabah Rəsulova rayon ərazisində saxlanılaraq, Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman sellofan torbada olan 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.