Mətbuat Şurası Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Qənbər oğlu Hacıyevin vəfatı ilə əlaqədar nekroloq yayıb.
Şuradan APress.az-a verilən məlumata görə, nekroqloqda deyilir:
“Azərbaycan jurnalistikasına və publisistikasına böyük itki üz verib. İyulun 28-də istedadlı yazıçı-jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Qənbər oğlu Hacıyev 67 yaşında ürək tutmasından dünyasını dəyişib.
Rafiq Hacıyev Yevlax şəhərində anadan olub, burada orta təhsil alıb. Yeniyetmə dövründən rəssamlığa, musiqiyə, incəsənətə və jurnalistikaya çox böyük həvəs göstərib. İlk yazıları respublika uşaq nəşrlərində və rayon qəzetlərində çap olunub.