Azərbaycanda təhlükəli xəstəlik yayılıb – Kütləvi şəkildə…backend
Gündəm
470

Azərbaycanda təhlükəli xəstəlik yayılıb – Kütləvi şəkildə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələfatı baş verib.
APress.az bildirir ki, bu barədə “Report”a sahibkar Ramiz Cavanşir oğlu Mədətov məlumat verib.
O bildirib ki, martın 18-dən başlayaraq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olması qeydə alınıb: “Bununla bağlı dərhal Tərtər rayon Baytarlıq İdarəsinə müraciət etdim. İdarədən qeyri-iş gününün olduğu əsas gətirilərək ölmüş heyvanlardan nümunələrin götürülərək laboratoriyaya göndərilməsi məsləhət bilinmədi”.
Sahibkar deyib ki, yerli baytarlar qoyunlarda ilkin olaraq Bradzot xəstəliyinə qarşı müalicə aparıblar: “Lakin iynələr vurulduğu gecə əlavə 15 heyvan tələf olub. Hazırda təsərrüfatımda 30 baş qoyun tələf olub, 20-yə yaxın isə xəstə qoyun-quzu var”.