Azərbaycanda uşaqlar arasında piylənmə artıbbackend
Cəmiyyət
242

Azərbaycanda uşaqlar arasında piylənmə artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 20 il ərzində Azərbaycanda uşaqlar arasında piylənmənin artım tendensiyası müşahidə edilir. Bunun da səbəbi Qərb mətbəxindən “fast food”ların geniş yayılmasıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 2019-cu ildə piylənmə ilə əlaqədar 1 234 nəfər ilkin dispanser qeydiyyatına alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır:

“Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Bu da o deməkdir ki, bu sahədə artım tendensiyası müşahidə olunur.

Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.