Azərbaycanda vətəndaşların 41%-i pensiya yaşına çatmadan ölürbackend
Cəmiyyət
870

Azərbaycanda vətəndaşların 41%-i pensiya yaşına çatmadan ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib”.
APress.az  xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev şəxsi “Facebook” hesabında Azərbaycanın demoqrafik durumu ilə bağlı statistikadan barəsində paylaşımında qeyd edib. Onun sözlərinə görə, erkən (əmək qabiliyyətli yaşda) ölümün yüksək olması ölkədə orta ömür uzunluğuna neqativ təsir göstərən əsas amillərdən biridir:
“Ən son statisitkaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 1990-2005-ci illərdə bu statistika xeyli yaxşılaşıb və 15 il ərzində 58%-dən 38%-ə düşsə də, 2006-cı ildən sonra 65 yaşa qədər ölümlərin xüsusi çəkisi artmağa başlayıb və 2019-cu ildə yenidən ən yüksək səviyyəyə çatıb”.
Ekspert bildirib ki, qadın və kişilər üzrə bu göstərici əhəmiyyətli dərəcədə fərqlidir:
“1990-2005-ci illərdə kişilər arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 68%-dən 47%-ə ensə də, 2019-cu ildə 50%-ə yüksəlib. Yəni, vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir.
Qadınlar üzrə nəticə belədir: 1990-2005-c illərdə qadınlar arasında ölümlərdə 65 yaşadək ölümlərin xüsusi çəkisi 46%-dən 29%-ə enib. Sonrakı 15 ildə bu göstəricidə elə ciddi dəyişiklik olmayıb və 2019-cu ildə də 30% təşkil edib. Yəni, hazırda vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu, kişilər üzrə göstəricidən az qala 2 dəfə yüksəkdir”.