Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin müdiri Ağavaleh Ağayev vəfat edib.
APress.az bildirir ki, 1963-cü təvəllüdlü şöbə müdirinin ölümü qəfil baş verib. O, ötən gün ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, A. Ağayev 3 ilə yaxındır ki, sözügedən vəzifəni icra edib. Bundan əvvəl Astara Gömrük İdarəsində fəaliyyət göstərib. 2007-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif edilib.
(qafqazinfo)