Sabirabadda vəzifəli şəxslər maska taxmadıqları üçün cərimələnib.
APress.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Xəlilov Sübhan və iki mühasib barəsində inzibati xətalar məcəlləsinin 211.1-ci maddəsi ilə protokol yazılıb.
Onlar polis şöbəsinə aparılıb və həmin şəxslərin barəsində protokol yazıldıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə edilir.