Azərbaycanda yeni dövlət universiteti yaradılırbackend
Təhsil
249

Azərbaycanda yeni dövlət universiteti yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması məqsədi ilə aidiyyəti üzrə müraciət edilib.

APress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, hazırda ADPU-nun Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur, ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Report