Azərbaycanda yeni qadağalar qapıdadır: Toyların keçirilmə vaxtı 2-3 saata endirilir?backend
Cəmiyyət
317

Azərbaycanda yeni qadağalar qapıdadır: Toyların keçirilmə vaxtı 2-3 saata endirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayının ortalarından etibarən koronavirusa yoluxma statistikasında artım müşahidə olunur.

Demək olar ki, artıq hər gün COVID-19-a yoluxanların sayı 200-ə yaxın, yaxud daha yuxarı olur. Üstəlik aktiv xəstə sayı da artır. Bu isə cəmiyyət arasında sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı müzakirələrə yol açıb. Ötən gün baş nazir Əli Əsədovun toy və mərasimlərdə qaydalara əməl olunmaması ilə bağlı fikirləri də bu müzakirələri müəyyən mənada alovlandırıb.
Maraqlıdır, qarşıdakı aylarda sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı varmı? İlkin qapanmalar hansı sahələr üzrə ola bilər? 
Mövzu ətrafında Sfera.az-a danışan deputat Fazil Mustafa hazırkı məqamda sərt karantin rejiminin tətbiqinin uyğun olmadığını bildirib. Deputat yoluxmanın artmasına səbəblərdən biri kimi həftəsonu ictimai nəqliyyatın işləməməsini göstərib:
“Karantin rejiminin pozulması ilə bağlı narazılıqlar adətən toy və yas mərasimləri ilə bağlıdır. İnsanlar elə düşünür ki, pandemiya bitib və karantin qaydalarına əməl etmirlər. Vətəndaşı başlı başına buraxsan, təbii olaraq qaydalara əməl etməyəcəklər. Çünki bizdə hüquqa, qaydaya sayğı məsələsində həmişə problem olub. Bu baxımdan nəzarət mexanizmi gücləndirilməlidir. Ancaq hədsiz qapanma da vətəndaşalara xeyli ziyan vura bilər. Vətəndaşa ən çox ziyan vuran və yoluxmanın artmasına səbəb olan əsas amil ictimai nəqliyyatın bayram günləri, həftəsonu çalışmamasıdır. Bu qərar daha çox taksi şirkətlərinin marağına uyğundur və insanlar düşünür ki, hansısa taksi şirkətinin marağına görə belə qərar verilib. İlk olaraq bu qərarı ləğv etmək lazımdır”.
Deputat toyların keçirilmə müddətinin 2-3 saatadək endirilməsini təklif edib:
“Toylarla bağlı Operativ Qərargahın müəyyən etdiyi qərar qeyri-müəyyəndir, bu baxımdan toylarda özbaşınalıqlar müşahidə olunur. Qaydada vaxt və qonaq sayı ilə  bağlı 50 nəfərlik birdəfəlik limit qoyulsaydı, bu cür vəziyyət yaranmazdı. Əgər bir toy 6 saat davam edirsə, təbii olaraq yoluxma sayı artacaq. Bu baxımdan toyların keçirilmə vaxtı 2-3 saata endirilməlidir”.