Milli Televiziya və Radio Şurası ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edib.
APress.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlərin 07 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasına müraciət etməlidirlər.
İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV kanalı olacaq.
Müsabiqədə iştirak еtmək üçün 200 manat həcmində birdəfəlik ödəniş edilməlidir. Müsabiqədə Azərbaycan vətəndaşı оlmayan şəхslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.