Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC-yə yeni direktor müavini təyin olunub.
APress.az xəbər verir ki, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Rövşən Cahangirov bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC-nin direktoru Fuad Əliyevdir.
Xatırladaq ki, “Bakı Taksi Xidməti” “London Taxi TX4” markalı minik avtomobilləri ilə paytaxtda xidmət göstərir.
(qaynarinfo)