Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsinə təyinat olub.
APress.az “report”a istinadən xəbər verir ki, bu vəzifə Rəşad Xalıqova həvalə edilib.
O, 1988-ci ildə Bakıda anadan olub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində Kompüter mühəndisliyi üzrə bakalavr və magistr dərəcəsində təhsil alıb.
R.Xalıqov Fransada və Azərbaycanda özəl sektorda mühəndis, informasiya texnologiyaları üzrə menecer və direktor kimi bir çox sahələrdə fəaliyyət göstərib, ötən ilin yanvar ayından indiki təyinata qədər Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya texnologiyaları və innovativ həllər sektorunun müdiri olub.