Azərbaycandan 14 milyon funt sterlinq gətirən ər-arvadın adları niyə açıqlanmır? – Qərb mediasıbackend
Cəmiyyət
255

Azərbaycandan 14 milyon funt sterlinq gətirən ər-arvadın adları niyə açıqlanmır? – Qərb mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) The Evening Standard qəzetinin Londonda yaşayan ər-arvadın adlarının açıqlanması uğrunda mübarizəsinə qoşulub.

Bu cütlük ölkəyə “Azərbaycanın pulyuyan maşınından” 14 milyon funt sterlinq (20 milyon dollar) gətirməkdə ittiham olunur.

NCA sözü gedən ər-arvadın adları üzərindən məxfiliyin qaldırılması üçün çəkişməyə tanınmış vəkil Conatan Hollu da cəlb edib.

Xəbər verilir ki, Londondakı Uestminister mülki məhkəməsi bu ilin sonunadək müsadirə prosesinə hazırlaşır.

NCA ər və arvadın 10-dək bank hesablarında olan 6.5 milyon funt sterlinqin müsadirəsinə çalışır.

The Evening Standard qəzeti artıq az qala iki ilə yaxındır ki, sözü gedən ər və arvadın adları üzərindən məxfiliyin qaldırılması uğrunda məhkəmə çəkişməsindədir.

Bu da bildirilir ki, ər-arvadın Londonda milyonlarla funt sterlinqlik daşınmaz əmlakı və müxtəlif banklardakı pulları dondurulub.