Azərbaycanın məşhur əttarı özəl parfüm kolleksiyasının ilk ətirini satışa çıxardı – FOTObackend
Sahibkar
946

Azərbaycanın məşhur əttarı özəl parfüm kolleksiyasının ilk ətirini satışa çıxardı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın məşhur əttarı Sübhi Xəlilbəyov özəl parfüm kolleksiyasının Azerbaijan Leather (Azərbaycan Dərisi) adlı ilk ətirini satışa çıxardı.

 

APress.az xəbər verir ki, Milli ətriyatçımız Sübhi Xəlilbəyov öz brendinin (Subhi Khalilbayov) özəl kolleksiyasının Azerbaijan Leather (Azərbaycan Dərisi) adlı ətirini hazırlayıb.

 

Ətirin hazırlanmasında (zəfəran, limon, moruq, qızılgül) kimi yerli xammallardan və xaricdən gətirilmiş (ənbər, müsk, vetiver, Səndəl ağacı) kimi bir çox bahalı inqredientlərdən istifadə olunub. Əttarımız bildirir ki, ətiri hazırlamaqda məqsədi idividuallığı sevənlər üçün sahəyə yenilik qatmaq, həmçinin Azərbaycanımızı parfümeriya sahəsində dünyaya tanıtmaq və bu sahədə digər ölkələrdən heçdə geri qalmadığımızı əksinə daha da üstün olduğumuzu göstərməkdir. Sübhi Xəlilbəyov qısa olaraq hazırladığı ətiri belə izah edir milli çalarlardan ibarət ətirin qoxusunu duyduqda özünüzü gözəl Azərbaycanımızın füsünkar təbiətinin qoynunda istirahət edirmiş kimi hiss edəcəksiniz. Onuda qeyd edək ki, tezliklə milli ətirimiz yerli bazardan əlavə bir çox xarici ölkələrdə də, təqdim olunub, satışa çıxarılacaq.

undefined

undefined