Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında telefon danışığı olubbackend
Cəmiyyət
245

Azərbaycanın və Rusiyanın Baş prokurorları arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 20-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

 

Baş Prokurorluqdan APress.az-a verilən xəbərə görə, İqor Krasnov zəng edərək azərbaycanlı həmkarını və prokurorluğun kollektivini müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Baş prokuror Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirib.

 

Ölkə başçılarının rəhbərliyi altında ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.