Azərbaycanlı futbolçu Renat Sultanov qızı atası ilə yazışmalarını sosial şəbəkədə paylaşıb.
APress.az-ın məlumatına görə, futbolçunun qızı Renata Sultanova atasına “vatsap” vasitəsilə yazıb onu əsəbləşdirir. Daha sonra bunu “tik-tok”da paylaşır.
İlk paylaşımdan sonra futbolçunun qızı bu ənənəni davam edib.
Bununla bağlı futbolçu Renat Sultanov Unikal.org-a danışıb:
“Hər zaman məni aldadıb əsəbləşdirir. Mən də məşqdə oluram, hər dəfə onun yazdıqlarına aldanıram. Hətta anamı da danışdırıb səsini paylaşır. Artıq anam bizə “vatsap”la səs atmır ya da zəng etmir.
Vəziyyət o yerə gəlib ki, bizə də gəlmir, gələndə də telefonları hamıdan alıb, gizlədir sonra evə daxil olur”.