ARB kanalında yayımlanan “Elgizlə izlə” verilişində şok anlar yaşanıb.
APress.az Sonxeber.az-a istinadən xəbər verir ki, verilişə üz tutan Mirxanım adlı şəxslə bağlı efirə zəng gəlib.
Efirə qoşulan qadın bildirib ki, ” Bu xanım Cəlilabadda kirayə yaşayırdı. Orada bir oğlan ilə münasibəti vardı. Ondan da bir uşağı dünyaya gəldi. Uşaq vaxtından tez dünyaya gəldiyi üçün yaşamadı.
Bu qadın 1982-ci ildə Cəlilabadda müğənnilik edirdi. Toylarda oxuyurdu. Bizim qonşuluqda qaldığı üçün bu qadını yaxşı tanıyıram. Uşağı dəfn etmək üçün apardıqlarında başları qarışıb uşağı it aparıb.”
Verilişdən olan həmin hissəni təqdim edirik: