Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən ibarət yanğınsöndürmə qrupu Muğla vilayətindəki yanğınların söndürülməsində meşə qəhrəmanlarına dəstək verir.
APress.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Sayt qeyd edir ki, alovlarla mübarizəni uğurla davam etdirən Azərbaycanın xilasetmə qruplarının Türk bayrağına olan hörmət və həssaslığı xüsusi diqqət çəkib.
Belə ki, yanğınsöndürənlər yanan evlərdən Türkiyə bayraqlarını bir-bir toplayaraq yanğından xilas ediblər.
Vurğulanır ki, azərbaycanlı yanğınsöndürənlərin alovlarla mübarizəsi həm həmkarları, həm də Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir.
publika.az