Rusiyanın Rostov şəhərində ticarətlə məşğul olan azərbaycanlılar mitinq keçiriblər.
APress.az lent.az-a istinadən xəbər evrir ki, buna səbəb şəhərdəki meyvə-tərəvəz bazarının bağlanmasıdır.
Şəhər rəhbərliyi onlara köhnə aeroportun yaxınlığında bazar üçün yer ayıracağını vəd etsə də, bu ticarətçiləri qane etməyib. Onlar şəhərin mərkəzindən yer istəyirlər.
Qeyd edək ki, sözü gedən bazar bir həftədir bağlanıb.