“Başa düşə bilmirəm, bu vaksinasiya məcburidir, könüllüdür, ya məcburi olaraq könüllüdür? Dövlət idarələrində (Azəriqaz) vaksin vurdurmayan şəxslərin maaşının 2/3-i tutulur. Kim çıxarıb bu qanunu? Harada yazılıb? İnsanlar da səslərini çıxara bilmirlər ki, işdən atacaqlar”.
Correct.az xəbər verir ki, bunu Pərviz Məmmədov adlı şəxs öz şəxsi hesabında yazıb. Eyni zamanda digər mənbələrdən əldə edilən məlumata görə vaksinasiya olunmayan şəxslər işlərini itirmək təhlükəsi ilə üz-üzə qalıblar.
Məsələ ilə bağlı Correct.az saytına açıqlama verən “Azəriqaz” İB ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlamaq lazımdır:
“Sosial şəbəkələrdə hərə bir iddia irəli sürür. Siz bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlayın. Bizim münasibət bildirməyimiz düzgün deyil”.