AzTV-də “yeyilən” bir milyard – Telekanal HD yayıma niyə gecikdi?backend
Cəmiyyət
537

AzTV-də “yeyilən” bir milyard – Telekanal HD yayıma niyə gecikdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Azərbaycan Televiziyası (AzTV) HD keyfiyyətli yayımı genişləndirmək üçün önəmli addım atıb. Bundan sonra AzTV-nin hər üç kanalını HD keyfiyyətində izləmək mümkün olacaq. Bu, AzTV tarixi üçün ciddi texnoloji hadisədir. Amma sual yaranır ki, ölkənin bir nömrəli telekanalı niyə rəqəmli yayıma bu qədər gec keçir? Axı, dövlət proqramına görə, ölkədəki telekanallar artıq 2020-ci ilə qədər rəqəmli yayıma keçməli idilər. Nəyə görə məsələn, ATV və ya Xəzər TV bu işin öhdəsindən gəldiyi halda AzTV bu sırada geridə qalıb? Axı, dövlət hər il bu kanalın normal çalışması, o cümlədən ən yeni texniki avadanlıqla təchiz edilməsi üçün xeyli maliyyə ayırıb”.

APress.az xəbər verir ki, bu sözləri teletənqidçi, filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli bildirib.

O qeyd edib ki, Arif Alışanovun sədrliyi illərində (2006-2019) AzTV dövlət büdcəsindən 900 milyon manatdan çox pul alıb: “Bəs hanı o 1 milyarda yaxın vəsait? Əməkdaşların maaş üzünə həsrət qaldığı o illərdə bu pul hara və nəyə xərclənib? TV tariximizin kriminal sifəti olan Alışanovdan bunu soruşan olacaqmı? Soruşan olacaqmı ki, nəyə görə hələ də AzTV-də 1996-cı ildə – N.Xudiyevin vaxtında alınmış kameralarla işləyirlər? Bəzi studiyalarda isə, hətta 1985-ci ilin istehsalı olan kameralar var. Bəs Alışanovun hər il büdcədən daha çox pul qoparmaq üçün uydurduğu “Cənubi Qafqazın 1 nömrəli TV-si” haqqında uydurduğu nağıllar necə oldu?! Dövləti və xalqı bu dərəcədə aldatmaq olarmı?

Deyirlər, AzTV-də plan üzrə növbəti audit yoxlaması aparılır. Lap yaxşı! Qoy zəhmət çəkib AzTV-ni həm yaradıcılıq, həm də texniki-texnoloji baxımdan xeyli geri salmış Arif Alışanovun yeyintilərini, himayədarları ilə birlikdə dövlətin milyonlarını necə dağıtmalarını, cinayət xarakterli maliyyə fırıldaqlarını aşkara çıxarsın. Çıxara bilərlərmi?!”

Pravda.az