“Netflix” videoservisi Kseniya Sobçakın “Skopin manyakı” kimi tanınan Viktor Moxov barəsindəki filmini alacaq.
APress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sobçak özünün “Instagram” səhifəsində məlumat verib.
Martın 22-də yayımlanmış film ölkədə böyük qalmaqal yaradıb.
Qeyd edək ki, V.Moxov 2000-ci ildə 14 yaşlı Yekaterina və 17 yaşlı Yelenanı qaçırıb. O, evinin qarajında xüsusi hazırlanmış bunkerdə təxminən dörd il ərzində qızlara təcavüz edib, işgəncə verib. Onun qurbanları bunkerdən yalnız 2004-cü ilin may ayında xilas ola biliblər.