İraqın paytaxtındakı İbn Əl-Xatib Xəstəxanasında COVID-19 xəstələrinin müalicə olunduğu palatada oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.
APress.az “Aljazeera” televiziya kanalına istinadla xəbər verir ki, insident nəticəsində azı 20 pasiyentin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir.
Xəstəxananın digər şöbələrində müalicə olunan xəstələr təxliyə edilib.