Bağdadın şərqində İraq kəşfiyyatının polkovniki naməlum şəxslər tərəfindən qətlə yetirilib.
APress.az xəbər verir ki, bu barədə “Əl-Sumaria” kanalı məlumat yayıb.
“Naməlum silahlı şəxslər paytaxt Bağdadın şərqində, əl-Bələdiyyət bölgəsindəki kəşfiyyat idarəsinin polkovnikinə atəş açıblar. Nəticədə o hadisə yerində keçinib”, – məlumatda bildirilib.
Unikal.org