Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi, yeni qurum yaradılırbackend
Cəmiyyət
282

Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi, yeni qurum yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Baş Səhiyyə İdarəsinin bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi yaradılır. Proses yaxın zamanlarda yekunlaşacaq”.

APress.az “Report”a istinadla xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O qeyd edib ki, ilkin səhiyyə xidmətinə aid olan strukturlar həmin tibb mərkəzində birləşəcəklər: “Eləcə də 5 saylı Doğum evinin qadın məsləhətxanası da İlkin Səhiyyə Xidməti Tibb Mərkəzinin tərkibinə keçəcək. Mərkəzin tabeliyində olacaq poliklinikalardakı dar ixtisaslı həkimlər Kliniki Tibbi Mərkəzin tabeçiliyinə keçəcək. Nəticə etibarı ilə də ilkin səhiyyə xidməti tibbi xidmətdən ayrılacaq”.