5 iyun saat 00:00-dan 07 iyun saat 06:00-a qədər “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.
Bu barədə APress.az-a qurumun mətbuart xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, fasilə Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarının 3.2 bəndinin şərtlərinə əsasən tətbiq edilir.