Bakı metrosu iyun ayının 1-dək işləməyəcək.
APress.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən Bakıda metropolitenin fəaliyyəti iyun ayının 1-dək dayandırılır.
Qeyd edək ki, Nazirlər Kabineti digər qərarı ilə bayram günlərində ictimai nəqliyyatın fəaliyyətini qadağan edib.
Qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.