Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, magistral yolun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı vurub.
Qəza nəticəsində xəsarət alan piyada dünyasını dəyişib.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.