Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APress.az-ın məlumatına görə, “Mercedes-Benz” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Daha sonra avtomobilin idarəetməni itirərək beton səddə çırpılıb.
Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./APA