Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APress.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Mikayılov Emil yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ sirkə kasasının yerdəyişmiş sınığı diaqnozu qoyulub.
“Report”